Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / ““Qarabağ” mənim üçün ən adlı-sanlı klubdan da dəyərlidir” – Qurban Qurbanov

““Qarabağ” mənim üçün ən adlı-sanlı klubdan da dəyərlidir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubu ilə müqaviləni yeniləməsindən danışıb.

O, bu gün “Sumqayıt”la keçirilən oyundan (5:0) sonrakı mətbuat konfransında fikirlərini bildirib.

Qurbanov “Keçmişdə başqa klublardan təklif almısız və ya gələcəkdə xarici klublarda işləmək istəyərsiz? sualını cavablandırarkən ancaq “Qarabağ” haqda düşündüyünü deyib:

“Təklif yox, maraqlanmamışam da. Həmişə demişəm ki, mənim üçün vacib olan “Qarabağ”dır. Mənim üçün “Qarabağ”ın dəyəri daha böyükdür, nəinki digər istənilən klubun. Hətta ən adlı-sanlı klub da olsa. Ona görə də mən burada ola-ola, bu məsuliyyəti daşıdığım halda hər hansı bir klubu düşünmürəm. Gələcək üçün də “Qarabağ”ı düşünürəm. Başqa bir fikrim yoxdur”. 

Xatırladaq ki, 2008-ci ildən “Qarabağ”ı çalışdıran 50 yaşlı mütəxəssisin Ağdam klubu ilə müqaviləsi daha 3 il uzadılıb./Qol.az

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …