Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Qarabağ” beşinci dəfə Azərbaycan çempionu oldu

“Qarabağ” beşinci dəfə Azərbaycan çempionu oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

“Qarabağ” ümumilikdə 7-ci, ardıcıl isə 5-ci çempionluğunu qazanıb. Komanda  öz meydanında “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 21-ci dəqiqədə Miçel Madeyra açıb. Oyunun 42 və 69-cu dəqiqələrində Mahir Mədətov dubl edib.

Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” çempionatın başa çatmasına 1 tur qalmış ən yaxın izləyicisi “Neftçi” ni xeyli üstələyib. “Neftçi” səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etməklə gümüş medallara sahib çıxıb.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …