Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Bu, Kanada baş nazirinin sərgilədiyi həyasızlığın ən iyrənc nümunəsidir”

Təbriz Musayev: “Bu, Kanada baş nazirinin sərgilədiyi həyasızlığın ən iyrənc nümunəsidir”

Kanadanın baş naziri Castin Trüdo katolikos I Aram ilə görüşüb və bu barədə Twitter mikrobloqunda yazıb: “Bu gün katolikos I Aram ilə görüşdüm. Mən qeyd etdim ki, Kanada erməni icması güclü və canlıdır. Erməni soyqırımı zamanı törədilən vəhşiliklərdən və Dağlıq Qarabağda sülhün bərqərar olmasına dəstəyimizdən də danışdıq”.

Görünən odur ki, Kanada baş naziri ciddi əsas olmadan və dövlətin maraqlarını nəzərə almadan məsuliyyətsiz mövqe sərgiləyir. Daima düşmənçiliyi, etnik-dini qarşıdurmanı tətikləyən katolikosla qiybət edərək mövqe sərgiləyir. Əslində isə ermənidən çox erməni performansı sərgiləyir. Soruşmaq lazımdır ki, söhbət hansı “soyqırım”dan gedir? Qarabağ məsələsinin ona nə dəxli?

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bu, Kanadanın baş naziri Trüdonun sərgilədiyi həyasızlığın ən iyrənc nümunəsidir: “Əvvəla, əfsuslar olsun ki, Kanada hər zaman ermənipərəst mövqedən çıxış edib. Ağına-bozuna baxmadan erməni lobbisinin təsiri altına düşüb separatçılara müxtəlif formada qahmar çıxırlar. Halbuki, elə məhz Kanadanın özü uzun illərdir separatizm təhdidi ilə üz-üzədır. Məsələ ondadır ki, uzun illərdir Kanadanın Kvebek bölgəsində yaşayan fransız azlıq bu ölkədən ayrılmaq istəyir. Üstəlik, Kvebekdəki separatizmi Fransa müxtəlif formalarda himayə edir. Ona görə də Kanada kimi bir dövlət verdiyi açıqlamalarda beynəlxalq hüququn prinsiplərinin aliliyini rəhbər tutmalıdır. Bölgədə dayanıqlı sülhün təmin olunmasına mane olan hər hansı bir açıqlamanın verilməsi Kanadanın bir dövlət kimi beynəlxalq münasibətlər sistemində imicinə də xələl gətirir. Kanada müxtəlif dövrlərdə qondarma “erməni” soyqırımı ilə bağlı sənədlər qəbul edib. Kanada Böyük Britaniyanın Türkiyə və Azərbaycanla olan yaxın münasibətlərini heç vaxt nəzərə almayıb. Xüsusən də 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dövrdə həyasızcasına Ermənistanın yanında yer alıb. Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq özünün qanuni sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etməsi bir sıra ölkələri, xüsusən də Kanadanı narahat edib. Ermənipərəst mövqedən çıxış edərək qərarlar qəbul edib. Bu həmin Kanadadır ki, müharibənin qızğın çağında 2020-ci ilin oktyabrında Türkiyəyə hərbi avadanlıqların satışını qadağan etdi. Türkiyənin Azərbaycana zərbə PUA-ları verməsi Kanada hakimiyyətini narahat edirdi. O vaxta qədər həmin dronlardakı optik müşahidə vasitələrini Kanada şirkəti verirdisə, sonra bu dayandırıldı. Ancaq Türkiyə daxili istehsal hesabına həmin texniki vasitələri əvəzləyə bildi. Bir sözlə, Kanada siyasi rəhbərliyi ölkəsinin milli maraqlarını erməni lobbisinə satıb”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …