Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Qalatasaray”dan ardıcıl 9-cu qələbə

“Qalatasaray”dan ardıcıl 9-cu qələbə

Türkiyə Super Liqasının 19-cu turunun oyunları davam edir.

Lider “Qalatasaray” öz meydanında “Antalyaspor”u qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

“Qalatasaray” 49-cu dəqiqədə Mauro İkardi ilə hesabı açıb. Bundan 5 dəqiqə sonra “Antalyaspor” Luiz Adriano ilə hesabı bərabərləşdirib. 59-cu dəqiqədə Floranusun öz qapısına vurduğu qol oyunda yekun hesabı müəyyənləşdirib. 

Bu qələbə ilə “Qalatasaray” xallarının sayını 45 çatdırıb və liderliyə davam edib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …