Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Qalatasaray” – “Fənərbaxça” matçı baş tutmadı – QALMAQAL

“Qalatasaray” – “Fənərbaxça” matçı baş tutmadı – QALMAQAL

Bu gün Türkiyə Superkubokunda “Qalatasaray”la “Fənərbaxça” arasında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan oyun baş tutmayıb.

Azinforum.az “NTV Spor”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti klublara qadağa tətbiq etdiyinə görə görüş keçirilməyib.

Məsələ ondadır ki, komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı olub. Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Daha sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib.

Qeyd edək ki, paytaxt Ər-Riyadda keçirilməsi planlaşdırılan “Qalatasaray” – “Fənərbaxça” qarşılaşması Bakı vaxtilə saat 21:45-də başlanmalı idi.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …