Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Qalatasaray”-dan 162 milyonluq TRANSFER

“Qalatasaray”-dan 162 milyonluq TRANSFER

Türkiyə Super Liqasında yeni mövsümün startına sayılı günlər qalmış “Qalatasaray” heyətini gücləndirmək üçün hərəkətə keçib.

Belə ki, İstanbul təmsilçisi müdafiəçi mövqeyinə yeni futbolçu gətirməyə hazırlaşır. “Cim-bom” hazırda Portuqaliya “Portu”usunda forma geyinən Şansel Mbembanı rənglərinə bağlamağa yaxındır.

“Sarı-qırmızılılar” 27 yaşlı konqolu müdafiəçi üçün qarşı tərəflə ilkin razılıq əldə edib. Oyunçunun transfer dəyəri isə 16 milyon avro (162 milyon türk lirəsi) təşkil edir. Türkiyə mətbuatında yayılan məlumatlara görə, futbolçunu israrla sərəncamında görmək istəyən klubun baş məşqçisi Fatih Terim rəhbərlikdən Mbemba üçün sözügedən məbləği ödəməyi xahiş edib.

Qeyd edək ki, Mbemba ötən mövsüm “Portu” forması ilə ümumilikdə 43 oyuna çıxıb.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …