Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Qətər millisinin futbolçusu: “Azərbaycanla matçın önəmini başa düşürük”

Qətər millisinin futbolçusu: “Azərbaycanla matçın önəmini başa düşürük”

“Komandada ab-hava müsbətdir. Qarşıdakı matçın önəmini başa düşürük. Bu səbəbdən hər kəs lazımi səviyyədə çıxış etmək istəyir. Oyuna tam hazırıq”.
“Report”un məlumatına görə, bu fikirləri Qətər millisinin futbolçusu Xalid Munir Bakıda Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq matçı barədə danışarkən deyib.
23 yaşlı müdafiəçi bildirib ki, 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iştirak yığma üçün faydalı oldu: “Yüksək səviyyəli oyunçular və komandalarla qarşılaşmaq təcrübə baxımından bizim üçün əla fürsət idi. Belə matçların komandaya müsbət təsiri çox olduğundan meydana bütün gücümüzlə oynamağa çalışırıq”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Qətər oyunu saat 21:00-da başlayacaq.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …