Ana səhifə / Şou Biznes / “Gəlin evə gələndə istədim özümü yığışdırım, alınmadı“ – Əlikram

“Gəlin evə gələndə istədim özümü yığışdırım, alınmadı“ – Əlikram

Müğənni Əlikram Bayramov “Tam vaxtıdır” verilişində qonaq olarkən maraqlı açıqlamalar verib. 

İfaçı qayınata olduqdan sonra həyatının daha gözəl olduğunu bildirib: 

“Evə gəlin gətirəndə həyatım dəyişdi. Evimdə qız olmayıb, bir oğlum olub. Qayınata olmaq çox gözəl hissdir. Oğluma 3 gün toy etdim. Qonaqlar çox idi deyə, bir məkana sığdıra bilmədim. Gəlin evə gələndən sonra ab-havam dəyişdi. Əvvəl deyib-gülən idim, istədim özümü yığışdırım, amma alınmadı. Gördüm ki, öz həyatımın cığırından çıxıram. Həyatda süni olub yaşamaqdansa, özün olub yaşamaq daha gözəldir”. 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …