Bazar , Sentyabr 24 2023
Ana səhifə / İdman / Prezident idmançılara 900 min manat ayırıb

Prezident idmançılara 900 min manat ayırıb

Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş azərbaycanlı idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Bu barədə iyulun 12-də Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, bunun üçün Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 900 000 (doqquz yüz min) manat vəsait ayrılıb. 

Sərəncamda qeyd olunub ki, Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etməlidir

Sərəncama əsasən, Maliyyə Nazirliyi göstərilən məbləğin maliyyələşməsini təmin etməlidir. 

Həmçinin oxuyun

Güləşçimiz erməni rəqibini məğlub etdi

Azərbaycan güləşçisi Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu uğura 67 kq çəki dərəcəsindəki …