Ana səhifə / Cəmiyyət / Hacı İbrahim barəsində daha bir məhkəmə iddiası qaldırıldı

Hacı İbrahim barəsində daha bir məhkəmə iddiası qaldırıldı

Hacı İbrahim kimi tanınan iş adamı İbrahimov İbrahim Hüseyn oğlu və vaxtı ilə onun rəhbərlik etdiyi “Avesta Konserni” MMC (VÖEN – 200020201) barəsində məhkəmə iddiası qaldırılıb.
Hacı İbrahim və “Avesta Konserni” barəsində məhkəmə iddiası Əliyev Adil Şirməmməd oğlu tərəfindən qaldırılıb.
Məhkəmə iddiası bu gün – 12.07.2023-ci il tarixində Bakı Appelyasiya Məhkəməsində hakim Elnur Həsənovun icraatına verilib.
Bildirilir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
Məlumat üçün bildirək ki, “Avesta Konserni” MMC-nin hazırda dövlət büdcəsinə də böyük həcmdə – 683 min 938 manat 43 qəpik vergi borcu var.
2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Hacı İbrahim haqqında məhkəmə iddiası qaldırıb. O zaman “Avesta Konserni” MMC-nin dövlət büdcəsinə 83 min manat borcu olub. Daha sonra “Avesta Konserni” MMC-nin direktoru Araz Nadirov olub. Araz Nadirov da iş adamına yaxın şəxslərdən biri hesab olunur.
Qeyd edək ki, Hacı İbrahim bir-neçə il əvvəl “Xəzər Adaları” adlı layihəsilə gündəmə gəlib. Bildirilirdi ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikintisinə 2011-ci ildən başlanılsa da, sonradan yarımçıq saxlanılıb. Hacı İbrahim Beynəlxalq Banka olan borcunu ödəyə bilmədiyi üçün “Xəzər Adaları”nı bu borcun qarşılığında təhvil verdiyini açıqlayıb.
Hacı İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və ATV kanalının sabiq prezidenti Tağı İbrahimovun qardaşıdır. ​
Hacı İbrahimin daha bir qardaşı – “STS” və “Sahil-D Kompani” şirkətlərinin sahibi olan Sahib İbrahimov isə 2018-ci ildə həbs olunub.

Həmçinin oxuyun

“Qurdlar Vadisi”nin aktyoru Əliyevə müraciət etdi – VİDEO

“Qurdlar Vadisi” serialında Kənan Çəkic obrazını canlandırmış aktyor Orhan Aydın Azərbaycan vətəndaşı olmaq istədiyini deyib. …