Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Olimpiya Oyunları təxirə salınacaq? – AÇIQLAMA

Olimpiya Oyunları təxirə salınacaq? – AÇIQLAMA

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ləğv olunması Olimpiadanın təşkilat komitəsinin qəbul edəcəyi qərardır. Yoluxma sayı artarsa,  Təşkilat Komitəsinin belə bir qərar qəbul etmək hüququ var. Amma Oyunların təxirə salınması ilə bağlı nümayəndə heyətimizə rəsmi şəkildə heç bir məlumat verilməyib.

Bunu Tokioda olan Azərbaycan milli komandasının şef-de-missionu Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib.

Hazırda Atletlər kəndində həyatın normal məcrada davam etdiyini vurğulayan F.Mansurov bildirib: “Azərbaycanın Olimpiya komandasının üzvləri yarışlara hazırlaşır, məşqləri sistemli şəkildə davam etdirirlər. Ümumilikdə komandamızın əhval-ruhiyyəsi və sağlamlıq durumu qənaətbəxşdir”.

Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …