Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Norveç hökuməti “Qarabağ”ın matçına görə müsbət cavab vermədi

Norveç hökuməti “Qarabağ”ın matçına görə müsbət cavab vermədi

Norveç hökuməti “Molde”nin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la matç üçün etdiyi xahişə müsbət cavab verməyib.

“Report” “Adressa” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Abid Raja açıqlamasında bildirib.

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Molde” matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …