Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Neftçi”nin Moskva “Spartak”ı ilə oyunu ləğv olunub

“Neftçi”nin Moskva “Spartak”ı ilə oyunu ləğv olunub

“Neftçi” ilə “Spartak” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub.

Dünən keçirilməli olan matç Rusiya klubunun xahişi ilə ləğv olunub.

Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.

“Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyimizi bildirir, başsağlığı veririk.

Klubdan bildirilib ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

Qeyd edək ki, “Neftçi” və “Spartak” arasında yoldaşlıq matçı martın 23-ü saat 18:00-da keçiriləcəkdi.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …