Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Neftçi” – “Qalatasaray” matçıyla bağlı yenilik

“Neftçi” – “Qalatasaray” matçıyla bağlı yenilik

Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Qalatasaray” oyunu “Bakcell Arena”da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda (BOS) təşkil edilməsi barədə UEFA-ya müraciət olunub.

Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Sentyabrın 17-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …