Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Meydanda əsl futbol gördük — Qurban Qurbanov

Meydanda əsl futbol gördük — Qurban Qurbanov

“Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm”. 

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Neftçi” ilə keçirilən oyundan (2:1) sonra təşkil edilən mətbuat konfransında deyib.

“Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük. Oyunçular çoxdandır birlikdə oynamamışdılar.

Bu gün qərar verdim ki, onlar birlikdə olsun. İstər-istəməz yorğunluq olur. Matçdan əvvəl bir dəfə normal məşq etmişdik”, – deyə o əlavə edib. 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …