Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Messinin “Barselona“da qalması çətindir“ – Atası DANIŞDI

“Messinin “Barselona“da qalması çətindir“ – Atası DANIŞDI

“Barselona”nın futbolçusu Lionel Messinin atası və agenti Xorxe Messi jurnalistlərə açıqlama verib.

Yenisabah.az xəbər verir ki, o, klubun prezidenti Xosep Bartomeu ilə görüş öncəsi hava limanında jurnalistlərə bunları söyləyib:

“Heç bir şey bilmirəm. Messinin “Barselona”da qalması çətindir. Qvardiola ilə danışmamışam”.

X.Messinin “Mançester Siti”nin baş məşqçisi Qvardiola ilə transfer danışıqları etdiyi iddia olunurdu. “Barselona”dan ayrılacağı gözlənilən 33 yaşlı oyunçunun İngiltərə təmsilçisinə keçəcəyi bildirilir.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …