Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Messi “Barselona”ya ikinci dəfə qayıtmağı haqq edir” – Xavi

“Messi “Barselona”ya ikinci dəfə qayıtmağı haqq edir” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışından danışıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o, argentinalı hücumçu ilə bağlı deyib: “Mən artıq demişdim ki, hazırda Messiyə diqqət yetirmək utopiyadır. Kaş ki, Messinin “Barselona”dakı dövrü bitməsəydi. Düşünürəm ki, o, buraya ikinci dəfə qayıtmağı haqq edir, amma bu, gələn il ola bilər. Onun hazırda başqa klubla müqaviləsi var”.


Xatırladaq ki, Messi 2005-2021-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib. Bu müddət ərzində o, klubla bütün turnirlədə 776 matçda 670 qol vurub və 302 qolun ötürməsini verib.

2021-ci ildə Messi “Barselona”dan ayrılaraq PSJ-yə keçib.Onun Paris təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədərir.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …