Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Matç zamanı hakim huşunu itirdi – VİDEO

Matç zamanı hakim huşunu itirdi – VİDEO

Futbol üzrə Belarus çempionatının 25-ci turunun BATE – “Dinamo” (Brest) komandaları arasında keçirilən oyununun baş hakimi Dmitri Dolya görüş zamanı huşunu itirib.

Bu barədə BATE-nin mətbuat xidməti məlumat yayıb.

Hadisə 12-ci dəqiqədə baş verib.

Komandanın mətbuat xidmətindən verilən məlumata görə, hakim qıcolma nəticəsində yerə yıxılıb.

Bundan sonra hakim meydançadan xərəkdə aparılıb və təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

Matçın fasiləsində BATE mətbuat xidməti Dolyanın özünə gəldiyi və özünü yaxşı hiss etdiyini bildirib.

Hazırda onun həyatı üçün heç bir problem yoxdur.

Qarşılaşma BATE-nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …