Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Mahir Emrelinin komandası “Çelsi”ni məğlub etdi

Mahir Emrelinin komandası “Çelsi”ni məğlub etdi

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

Belə ki, E qrupunda Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su “Çelsi”ni qəbul edib. Matç Xorvatiya klubunun 1:0 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard sonadək ehtiyat oyunçular skamyasında olub.

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə) 1:0

Qol: Mislav Orşiç, 13

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …