Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Keşlə”nin “Sumqayıt” səfəri, “Qarabağ” “Sabah”a qarşı

“Keşlə”nin “Sumqayıt” səfəri, “Qarabağ” “Sabah”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu turun oyunlarına start veriləcək.
İlk oyun günündə 2 matç keçiriləcək. İlk görüşdə “Keşlə” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Günün digər qarşılaşmasında isə lider “Qarabağ” doğma meydanında “Sabah”ı qəbul edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla son veriləcək.

29 fevral

16:00. “Sumqayıt” – “Keşlə”

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

“Kapital Bank Arena”

18:00. “Qarabağ”– “Sabah”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev

Tofiq Bəhramov adına Respublika Stadionu

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …