Cümə axşamı , May 2 2024
Ana səhifə / İdman / Kəmaləddin Heydərovun oğlu bu kluba 1 milyon manat ayırdı

Kəmaləddin Heydərovun oğlu bu kluba 1 milyon manat ayırdı

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Qəbələ” camiəsini sevindirib.

Londonda yaşayan fəxri prezident kluba maliyyə dəstəyini davam etdirməyi qərara alıb.

Gənc biznesmen Premyer Liqada çətin günlər yaşayan “qırmızı-qaralar”ı I Liqada da tək buraxmayacaq.

O, aşağı liqaya düşməsi şübhə doğurmayan “Qəbələ”yə 1 milyon manat vəsait ayırıb.

Region təmsilçisi hazırda 16 xalla Premyer Liqanın sonuncusudur. Qəbələlilər ondan 1 üst sıradakı “Kəpəz”dən 14 xal geri qalır.

Sportinfo.az

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …