Ana səhifə / İdman / İbrahimoviçin heykəlinin başına oyun açdılar – Foto

İbrahimoviçin heykəlinin başına oyun açdılar – Foto

Bir neçə gün əvvəl “Milan” (İtaliya) klubuna transfer olunan məşhur futbolçu  Zlatan İbrahimoviçin heykəli növbəti dəfə hücuma məruz qalıb.

Xarici KİV-lər xəbər verir ki, bir qrup şəxs isveçli hücumçunun Malmö şəhərindəki heykəlinin ayaqlarını kəsərək, aşırıblar. Hadisəni törədənlər 38 yaşlı forvardın heykəlinin başına üzərində “İsveç” yazılan sviter də keçiriblər. Heykəlin yaxınlığına isə “götürülsün” sözü yazılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bundan əvvəl bir qrup şəxs hücumçunun heykəlini boyayaraq yandırmağa cəhd etmiş, burnunu qoparmışdılar.

Yenisabah.az

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …