Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Gənc azərbaycanlı gimnast: “Mürəkkəb elementləri yerinə yetirməyi xoşlayıram”

Gənc azərbaycanlı gimnast: “Mürəkkəb elementləri yerinə yetirməyi xoşlayıram”

Milli Gimnastika Arenasında çıxış etməyi çox xoşladım.

Bunu Trend-ə şənbə günü aerobika gimnastika üzrə Azərbaycan beşinci çempionatının və Bakı çempionatının iştirakçısı, “AyUlduz” klubunun şagirdi Umleyla Soltanova deyib.

Soltanova yarışlar haqqında bunları deyib: “Bunlar mənim ilk böyük aerobika gimnastika yarışlarımdır. Milli Gimnastika Arenasında yarışların keçirilməsinə görə çox şadam, çünki burada çıxış etmək çox rahatdır, geniş və işıqlı salon var “deyə o bildirib.

Umleyla Soltanovanın dediyinə görə, məşqdə mürəkkəb elementlər olduğuna baxmayaraq, yenə də böyük həvəslə məşğul olur.

“Anam gimnastika etməyimi təklif etdi və mən məmnuniyyətlə razılaşdım. Aerobika gimnastikası ilə maraqlanıram. Kompleks elementləri yerinə yetirmək xoşlayıram. Onlar mənim üçün çox yüngül görsənirlər” deyə “AyUlduz” klubun şagirdi deyib.

4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.Aerobika gimnastları isə “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 300-dən çox idmançının iştirakı gözlənilir.

Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının, “Zirvə International”, Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …