Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İdman / Güləşçilərimiz Rusiyada 4 medal qazanıb

Güləşçilərimiz Rusiyada 4 medal qazanıb

Oktyabrın 11-13-də Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirə turniri keçirilib.

Ənənəvi yarışda böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında çıxış edən Azərbaycan pəhləvanlarından dördü fəxri kürsüyə qalxıb.

Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Pərviz İbrahimov (57 kq) ilə Hacımurad Hacıyev (74 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Memorialda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …