Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Futbol üzrə Azərbaycan millisinin oyunlarının vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan millisinin oyunlarının vaxtı müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi 3 oyunun vaxtı və stadionu müəyyənləşib.

“Report” AFFA-nın saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da, saat 21:00-da İsrail, sentyabrın 11-də, saat 20:00-da isə Norveç komandası ilə üz-üzə gələcək. Hər iki oyun “Dalğa Arena”da keçiriləcək.

Komandanın Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə oktyabrın 16-dakı görüşü isə Drammen şəhərindəki “Marienlyst Stadium”da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) keçiriləcək.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …