Cümə axşamı , May 2 2024
Ana səhifə / İdman / “Fənərbaxça” “Qalatasaray”la matçın 2-ci dəqiqəsində meydanı tərk etdi

“Fənərbaxça” “Qalatasaray”la matçın 2-ci dəqiqəsində meydanı tərk etdi

Türkiyə futbolunda növbəti qalmaqal yaşanıb.

“Fənərbaxça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun 2-ci dəqiqəsində meydanı tərk edib.

Matçın 1-ci dəqiqəsində “Qalatasaray”ın futbolçusu Mauro İkardi hesabı açıb. Meydana U-19 komandasının futbolçuları ilə çıxan “Fənərbaxça” 2-ci dəqiqədə qarşılaşmanı davam etdirməkdən imtina edib. “Fənərbaxça” Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə meydandan çəkilib.

Görüşün baş hakimi isə qarşılaşmanı yarımçıq dayandırmalı olub.

Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacağı bildirilib. “Fənərbaxça”ya texniki məğlubiyyət veriləcəyi, “Qalatasaray”ın qalib elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, “Fənərbaxça” bu mövsüm ölkə çempionatında üzləşdiyi mənfi hallara görə Türkiyə Superliqasında iştirakdan imtina etmək istəyir. Bugünkü hadisə də “Fənərbaxça” prezidenti Ali Koçun Türkiyə futbolunun idarəçilərinə etiraz etməsi ilə bağlıdır.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …