Ana səhifə / Bölgələr / Şəmkirdə evdə partlayış: Yaralılar var – Video

Şəmkirdə evdə partlayış: Yaralılar var – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yyaıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, – məlumatda deyilir.

Həmçinin oxuyun

İşğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb?

Bu ilin ilk rübü ərzində işğaldan azad olunan rayonlarda 292 yeni iş yeri açılıb.Yeniavaz.com açıqlanan rəsmi …