Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / DÇ-yə 1 gün qalmış baş məşqçi qovuldu – İspaniyada şok

DÇ-yə 1 gün qalmış baş məşqçi qovuldu – İspaniyada şok

Ötən gün “Real”la anlaşdığı açıqlanan İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqinin bu addımını federasiya müsbət qarşılamayıb.

 

“Qafqazinfo” xəbər verir ki, mundiala bir gün qalmış millinin daxilində vəziyyət dəyişib. Federasiya rəhbəri Luis Rubiales Lopeteqini vəzifəsindən uzaqlaşdırılmasına qərar verib. Lopeteqi dünya çempionatında yığmanın “sükanı arxası”nda olmayacaq.

İspaniya mundialda Portuqaliya, Mərakeş və İranla B qrupunda mübarizə aparacaq.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …