Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Daha bir boksçumuz ermənini diz çökdürdü – VİDEO

Daha bir boksçumuz ermənini diz çökdürdü – VİDEO

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nun yarımfinal mərhələsində azərbaycanlı boksçu Məhəmməd Abdullayev (+91 kq) erməni Qurgen Hovannisyanla görüşüb. 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, o, Ermənistan təmsilçisini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda moldovalı Aleksey Zavatini sınağa çəkəcək.

Bundan başqa, 52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə də finala vəsiqə qazanıb. O, rusiyalı Elbrus Soltuxanova 3:1 (27:29, 29:27, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. M.Yusifzadə həlledici görüşdə monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gələcək.

Onlardan fərqli olaraq, R.Məmmədli (91 kq) yarımfinal səddini keçə bilməyib. İdmançımız braziliyalı Abner Juniora uduzaraq, bürünc medalla kifayətlənib.

Qeyd edək ki,  Rahil Məmmədli 1/4 final mərhələsində ermənistanlı boksçu Henrik Sarkisyanı məğlub etmişdi

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …