Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Cüdoçumuz Xorvatiya “Qran Pri”sini medalla başa vurdu

Cüdoçumuz Xorvatiya “Qran Pri”sini medalla başa vurdu

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub.
Beynəlxalq turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədli Mehdiyev Zaqrebdə bürünc medal qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunub.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …