Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Çempionlar Turu: Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı

Çempionlar Turu: Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı

Şahmat üzrə onlayn Çempionlar Turunun “New in Chess Classic” mərhələsində birinci yarımfinal görüşləri baş tutub.

Şəhriyar Məmmədyarovun bu mərhələdəki rəqibi yapon əsilli ABŞ təmsilçisi Hikaru Nakamura olub. Həmyerlimiz qarşılaşmada məğlub olsa da, finala çıxma şansını hələ itirməyib. 

Digər yarımfinal görüşündə turnirin təşkilatçısı və dünya çempionu olan norveçli Maqnus Karlsenlə Ermənistan vətəndaşlığından imtina edərək ABŞ vətəndaşlığını almağa hazırlaşan Levon Aronyan qarşılaşıb. Görüş heç-heçə ilə başa çatıb.

Yarımfinalın digər görüşləri bu gün keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Xatırladaq ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi isə 8 500 dollar qazanacaq.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …