Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / Çempionlar Liqası: Türkiyə 27 ildən sonra ilk dəfə qrupda təmsil olunmayacaq

Çempionlar Liqası: Türkiyə 27 ildən sonra ilk dəfə qrupda təmsil olunmayacaq

Türkiyə 27 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmayacaq.

Buna “Trabzonspor”un pley-off mərhələsinin cavab oyununda evdə Danimarka “Kopenhagen”i ilə qolsuz heç-heçə edərək, mübarizəni dayandırması səbəb olub. Qara dəniz təmsilçisi səfərdəki ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, sonuncu dəfə 1995/1996 mövsümündə Çempionlar Liqasının qrupunda Türkiyə təmsilçisi yer almayıb. Bu hal ümumilikdə isə 3 dəfə baş verib. 1992/1993 mövsümündə də Türkiyənin heç bir klubu qrupa düşə bilməyib.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …