Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Çempionlar Liqası: “Beşiktaş” darmadağın oldu, “Real” və “Liverpul” səfərdə qalib gəldi

Çempionlar Liqası: “Beşiktaş” darmadağın oldu, “Real” və “Liverpul” səfərdə qalib gəldi

Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start verilib.

 Belə ki, ilk oyun günündə 4 qrupda ümumilikdə 8 matç keçirilir.

Turun mərkəzi matçında “Liverpul” İspaniyada “Atletiko”i məğlub edib. Qrupun digər oyununda “Milan” səfərdə “Portu”ya minimal hesabla uduzub.

C qrupunda isə “Beşiktaş” “Sportinq”i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 4:1. Digər qarşılaşmada “Ayaks” evdə “Borussiya”nı (Dortmund) darmadağın edərək vahid lider olub – 4:0. 

Çempionlar Liqası, qrup mərhələsi

III tur

19 oktyabr

A qrupu

20:45. “Brügge” (Belçika) – “Mançester Siti” (İngiltərə) – 1:5

Qollar: Hans Vanaken, 81 – Juan Kanselu, 30, Riyad Mahrez, 43 (penalti), Kayl Uoker, 53, Koul Palmer, 67

23:00. PSJ (Fransa) – “Leyptsiq” (Almaniya) – 3:2

Qollar: Kilian Mbappe, 9, Lionel Messi, 67; 74 (pen.) – Andre Silva, 28, Nordi Mukiele, 57

B qrupu

23:00. “Portu” (Portuqaliya) – “Milan” (İtaliya) – 1:0

Qol: Luis Dias, 65

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə) – 2:3

Qollar: Antuan Qrizmann, 20; 34 – Məhəmməd Salah, 8; 78 (pen.), Nabi Keyta, 13

Qırmızı vərəqə: Antuan Qrizmann, 52 (“Atletiko”)

C qrupu

20:45. “Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya) – 1:4

Qollar: Kayl Larin, 24 – Sebastyan Koates, 15; 27, Pablo Sarabia, 44 (penalti), Paulinyo, 89

23:00. “Ayaks” (Niderland) – “Borussiya” (Dortmund, Almaniya) – 4:0

Qollar: Marko Roys, 11 (avtoqol), Deyli Blind, 25, Antoni Santus, 57, Sebastyen Allye, 72

D qrupu

23:00. “İnter” (İtaliya) – “Şerif” (Moldova) – 3:1

Qollar: Edin Ceko, 34, Arturo Vidal, 58, Stefan De Vrey, 67 – Sebastyen Till, 52

23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) –  “Real Madrid” (İspaniya) – 0:5

Qollar: Sergey Krivtsov, 38 (avtoqol), Vinisius Junior, 51; 56, Rodriqo, 65, Kərim Benzema, 90+1

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …