Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Bir tur əvvəldən çempion olacağımı hiss etmişdim” – Gövhər Beydullayeva

“Bir tur əvvəldən çempion olacağımı hiss etmişdim” – Gövhər Beydullayeva

“Sondan əvvəlki turu oynadığımız gün hiss edirdim ki, çempion olacam. İçimə elə bir hiss dolmuşdu”.

Bunu “Report”a açıqlamasında İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Gövhər Beydullayeva deyib.

Xanım şahmatçımız bildirib ki, 10-cu turda oyunun gedişində öndə olsa da, uduş vəziyyətini əldən verib: “Alınmadı və heç-heçə oynadım, amma buna baxmayaraq, bir tur əvvəldən çempionluğu təmin etdim”.

19 yaşlı qrossmeyster daha əvvəl onlayn formatda dünya çempionu olsa da, ilk dəfə klassik şahmatda bu uğuru qazandığını vurğulayıb: “Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Burada çempion olduğum üçün Dünya Kubokuna vəsiqə qazandım. O yarışda da Azərbaycanı layiqincə təmsil etmək istəyirəm. Həmçinin qadınlar arasında da dünya çempionatında iştirak etmək arzum var. Azərbaycana 20 yaşa qədər qadınlar arasında qızıl medalı gətirən ilk şahmatçı olduğum üçün çox sevincliyəm”.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …