Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Bavariya” Boatenqə görə 50 milyon istəyir

“Bavariya” Boatenqə görə 50 milyon istəyir

“Bavariya” PSJ-yə keçidi gündəmdə olan Jerom Boatenqin təzminat qiymətini açıqlayıb.

Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisi alman müdafiəçi üçün 50 milyon avro tələb edir. Klubun idman direktoru Hasan Salihamidziç 29 yaşlı oyunçunu bu məbləğdən aşağı qiymətə satmayacaqlarını bildirib. Eyni zamanda, PSJ də Almaniya millisinin üzvünü heyətinə qatmaqda israrlıdır. Fransızların növbəti dəfə daha yaxşı təkliflə “Bavariya”ya müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, Boatenqin PSJ-yə keçidi alınsa, “Bavariya” onun əvəzinə “Ştutqart”dan Bncamin Pavarı transfer edəcək.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …