Ana səhifə / İdman / Azərbaycanlı boksçu dünya kəməri uğrunda döyüşə çıxacaq

Azərbaycanlı boksçu dünya kəməri uğrunda döyüşə çıxacaq

Duel martın 16-da ABŞ-ın Florida ştatında təşkil olunacaq.

Azərbaycanlı peşəkar boksçu Rauf Ağayev WBO (Dünya Boks Təşkilatı) versiyasında dünya kəməri uğrunda reytinq döyüşünə çıxacaq.

36 yaşlı idmançı 8 raunddan ibarət görüşdə ABŞ təmsilçisi Jesse Rodrigez Franko ilə qarşılaşacaq.

Duel martın 16-da ABŞ-ın Florida ştatında təşkil olunacaq. Ağayev keçirdiyi bütün görüşlərdə hələ ki məğlub olmayan 19 yaşlı rəqibinin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Rauf Ağayev WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə Avropa və Asiya, WBCA versiyası üzrə dünya kəmərlərinin sahibidir. Boksçunun promoteri Nelson Lopes, meneceri Nurqazi İsmaqametov, şəxsi məşqçisi isə Azərbaycanın əməkdar məşqçisi Yadigar Məmmədovdur. (report)A

image description
image description
image description

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …