Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib.

Rəqibinə 1:5 hesabı ilə uduzan Quluzadə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün 63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ryuto İkeda (Yaponiya) ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran) ilə güləşəcək.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …