Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Azərbaycanın MMA döyüşçüsü ən nüfuzlu liqalardan birinin çempionu oldu

Azərbaycanın MMA döyüşçüsü ən nüfuzlu liqalardan birinin çempionu oldu

Bu gün Azərbaycanı beynəlxalq arenada təmsil edən kifayət qədər gənc idmançılarımız var. Onlardan biri də 23 yaşlı MMA döyüşçüsü Elbek Alışovdur.

Alışov Elbek Vüqar oğlu 1999-cu il martın 30-da Rusiyanın İstra şəhərində dünyaya göz açıb.

O, 5 yaşından etibarən peşəkar idmanla məşğul olmağa başlayıb. İdman karyerasına cüdo və sambo ilə start verən Elbek ilk dəfə 14 yaşında MMA yarışlarında iştirak edib. 23 yaşlı MMA döyüşçüsü 66 kiloqram çəki dərəcəsində rəqibini rekord göstərici ilə məğlub edərək peşəkar karyerası ərzində 7-0-lıq rekorda imza atıb.

O, axırıncı Çempionluq döyüşündə Inal Ətleşovu hakimlərin yekun qərarı ilə məğlub edərək Hardcore FC liqasının 66 kq çəki dərəcəsində kəmərə sahib çıxıb. Qeyd edək ki, Hardcore FC Rusiyanın MMA döyüşləri üzrə peşəkar promouşınıdır. Liqa həm reytinqinə, həm də iştirakçı döyüşçülərin səviyyəsinə görə, Rusiyada ən peşəkarlardan sayılır.

Elbek Alışovun naliyyətləri təkcə bununla yekunlaşmır. O, Cüdo üzrə Spartakiadanın qalibi, cüdo və sambo üzrə beynəlxalq və Ümumrusiya turnirlərinin çempionu olub.

Alışov eyni zamanda MMA üzrə idman ustasıdır.

Nailiyyətləri sadalanmaqla bitməyən Elbek HFC MMA təşkilatı çempionu, o cümlədən Qrapplinq üzrə Moskva çempionudur.

MMA dünya çempionatının qalibi 18-20 yaş versiyası İMMAF-ın (Qarışıq döyüş növləri üzə beynəlxlaq federasiya) həvəskarlar arasında təşkil edilən reytinq turnirinin çempionluq kəməri, eyni zamanda peşəkar liqa kolizeyinin çempion kəmərinin sahibidir.

Elbekin oktyabr-noyabr aylarında kəmər qoruma döyüşü olacaq. Döyüşün vaxtı hələ ki dəqiq deyil.

https://baku.tv/embed/59831

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …