Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Azərbaycanda 2018-ci ilin ən yaxşı futbolçusu kimdir? – SORĞU

Azərbaycanda 2018-ci ilin ən yaxşı futbolçusu kimdir? – SORĞU

Millimizin və “Neftçi”nin gənc yarımmüdafiəçisi Mirabdulla Abbasov “Futbol+” qəzetinin keçirdiyi ənənəvi sorğuda 2018-ci ilin ən yaxşı oyunçusu adına layiq görülüb.
Fanat.az xəbər verir ki, dünən bitən sorğuda Mirabdulla 228 xalla bütün rəqiblərini qabaqlayıb.
Millimizin və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev 207 xalla ikinci, Qara Qarayev üçüncü yeri (148 xal) tutub.
Sorğuda 170 respondent iştirak edib. Onların arasında Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, futbol funksionerləri, veteranlar, hakimlər və jurnalistlər yer alıblar. Respondentlər 10 namizəd arasından 3 ən yaxşı futbolçunu seçməli olublar.
Abbasov geridə qalan il ərzində “Neftçi”nin heyətində Premyer Liqa çərçivəsində 10 qola imza atıb. 23 yaşlı futbolçu bu ilin noyabr ayında Azərbaycan yığmasında debüt matçına çıxıb.
Səsvermənin bütün nəticələri:
1. Mirabdulla Abbasov (228 bal)
2. Maksim Medvedev (207)
3. Qara Qarayev (148)
4. Mahir Mədətov (99)
5. Təmkin Xəlilzadə (80)
6. Emin Mahmudov (67)
7. Riçard Almeyda (58)
8. Araz Abdullayev (45)
9. Kamran Ağayev (35)
10. Ruslan Qurbanov (3).

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …