Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra açıqlanan UEFA reytinqində Azərbaycan 1 pillə irəliləyərək 26-cı yerə yüksəlib.
Buna səbəb “Qarabağ”ın Ukraynada “Vorskla” üzərində qazandığı 0:1 hesablı qələbədir.
Bu qələbə ilə “Qarabağ” ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Hazırda Azərbaycan 19.000 xalla 26-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.