Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrətdi

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrətdi

Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında X tura yekun vurulub.
Azərbaycan millisinin üzvü Gülnar Məmmədova yarışın lideri Monika Soçko (Polşa) ilə sülhə razılaşıb.
Turnirin ən reytinqli şahmatçısı olan Günay Məmmədzadə isə Elina Danielyanla (Ermənistan) heç-heçə edib. Gövhər Beydullayeva da Sofi Milye (Fransa) ilə eyni nəticəyə imza atıb.
Azərbaycan millisinin digər üzvü Xanım Balacayeva isə İrina Bulmaqaya (Rumıniya) uduzub.
Bu turda qalib gələn Azərbaycan şahmatçıları Ləman Hacıyeva və Səbinə İbrahimova olub. Onlar müvafiq olaraq, Joka Qaal (Macarıstan) və Martina Folkovanı (Çexiya) məğlub edib.
Hazırda yalnız Ülviyyə Fətəliyevanın İnna Qaponenko (Ukrayna) ilə görüşü davam etməkdədir.
Bu nəticələrdən sonra Günay Məmmədzadə 7,5 xalla 2-ci pillədəki mövqeyini qoruyub. Onu son tur öncəsi lider Monika Soçkodan cəmi 0,5 xal ayırır. Gülnar Məmmədova 7 xalla 6-cı, Gövhər Beydullayeva 6,5 xalla 10-cu, Ləman Hacıyeva 6 xalla 23-cü, Xanım Balacayeva 6 xalla 31-ci və Səbinə İbrahimova 5 xalla 66-cıdır. Report

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …