Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Azərbaycan Premyer Liqası:”Keşlə” çox vacib oyunda məğlub oldu

Azərbaycan Premyer Liqası:”Keşlə” çox vacib oyunda məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun açılış oyunu keçirilib.

“Report”un məlumatına görə, “Keşlə” “ASK Arena”da “Zirə” komandasını qəbul edib.

Görüş “Zirə”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 26-cı dəqiqədə açılıb. Xulio Sezar Rodriqez qonaqları hesabda önə çıxarıb. 28-ci dəqiqədə “Keşlə” komandası azlıqda qalıb. Denis Silva etdiyi kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovulub. 45-ci dəqiqədə cərimə meydançası daxilində Cabir Əmirliyə qarşı qayda pozuntusuna görə İnqilab Məmmədov penalti təyin edib. Topa yaxınlaşan Conatan Ayite hesabı bərabərləşdirib -1:1

İkinci hissəyə sürətli başlayan “Zirə” hesabda önə keçib. 47-ci dəqiqədə Xulio Sezar Rodriqez qapıçıdan qayıdan topu tora qovuşduraraq dubl edib. 52-ci dəqiqədə Mfo Kqasvane qapıçı ilə təkbətək dueldən qalib ayrılaraq, hesab arasındakı fərqi 2 topa çatdırıb – 3:1.

Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran “Zirə” 1 oyun az keçirən “Sabah”ı qabaqlayaraq 5-ci sıraya yüksəlib. “Keşlə” isə topladığı 20 xal ilə sonuncu – 8-ci yerdə qərarlaşıb. Əgər “Sumqayıt” komandası bu gün “Sabah”la keçirəcəyi matçda 1 xal qazanarsa, sona 1 tur qalmış “Keşlə” kollektivinin Premyer Liqanı tərk edəcəyi dəqiqləşəcək.WhatsAppFacebookFacebook MessengerTwitterShare

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …