Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Azərbaycan güləşçisi Ermənistan idmançısına qalib gəldi

Azərbaycan güləşçisi Ermənistan idmançısına qalib gəldi

Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərtac xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Güləşçilərimizdən Elçin Vəliyev (61 kq) Rumıniya idmançısına qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal uğrunda qarşılaşmada həmyerlimizin rəqibi Türkiyə idmançısı olacaq.

Doxsan iki kiloqram çəki dərəcəsində yarışan idmançımız Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edərək qitə çempionatının finalına yüksəlib. İdmançımız finalda Gürcüstan güləşçisi ilə qarşılaşacaq.

Final görüşləri iyunun 10-da Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …