Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”ni dörd medalla başa vurdular

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”ni dörd medalla başa vurdular

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini dörd medalla başa vurublar.

Yarışın son günündə millinin daha iki üzvü fəxri kürsüyə yüksəlib.

Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) üçüncü olublar. Azərbaycanı “Böyük Dəbilqə” turnirində doqquz çəki dərəcəsində 11 kişi, dörd qadın cüdoçu təmsil edib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …