Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Azərbaycan – Bolqarıstan matçı heç-heçə ilə yekunlaşıb

Azərbaycan – Bolqarıstan matçı heç-heçə ilə yekunlaşıb

Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə keçirilən “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sonuncu oyununu keçirib.

Yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan seçməsini qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı 59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev açıb. Komandamızın heyətində yeganə qola isə 87-ci dəqiqədə Musa Qurbanlı imza atıb.

Digər görüşdə isə Tanzaniya seçməsi Monqolustan yığmasını 3:0 hesabı ilə məğlub edib.

Arif Əsədovun başçılıq etdiyi kollektiv turnir çərçivəsindəki ilk matçında Monqolustana 1:0 hesabı ilə qalib gəlib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …