Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Avropa Atletika Assosiasiyasının prezidenti vəfat etdi

Avropa Atletika Assosiasiyasının prezidenti vəfat etdi

Avropa Atletika Assosiasiyasının prezidenti (“European Athletics”), norveçli Sven-Arne Hansen 75 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu Hansenin ailəsindən məlumat verilib. Assosiasiyası rəhbərinin səhhətində son dövrlər ciddi problemlər var idi. Belə ki, Hansen mart ayında insult keçirmişdi. Həmin vaxt onu koronavirus infeksiyası testindən keçiriblər, lakin test mənfi nəticə verib.
Qeyd edək ki, Hansen 2015-ci ildən “European Athletics”ə başçılıq edib. Daha əvvəl o Norveçin Yüngül Atletika Assosiasiyasının prezidenti (2003 – 2015-ci illər) idi.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …