Ana səhifə / İdman / “Atletiko” Ronaldonu almaq üçün Qrizmandan imtina edir – İDDİA

“Atletiko” Ronaldonu almaq üçün Qrizmandan imtina edir – İDDİA

“Atletiko” hücumçu Antuan Qrizmanla əməkdaşlığa son qoymağa hazırdır.

“The Times”ın yazdığına görə, Madrid klubu “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldonu transfer etməyə çalışır.

Bunun üçün klub məvacib xərclərini azaltmalı olacaq.

Məlumata görə, artıq Qrizmanın hesabına buna cəhd edilib.

Fransız futbolçunun müxtəlif komandalara təklif olunduğu iddia edilir. Onların arasında PSJ də var. Lakin parislilər transferdən imtina ediblər.

Qeyd edək ki, Qrizmann hazırda “Barselona”dan icarə əsasında “Atletiko”da çıxış edir.//Oxu.az

Həmçinin oxuyun

“Qalatasaray”ın Prezidenti Azərbaycana təşəkkür etdi – FOTO

Türkiyənin “Qalatasaray” klubunun Prezidenti Dursun Özbek Azərbaycana təşəkkür edib.Bununla bağlı klubun rəsmi tviter hesabında paylaşım …