Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Assosiasiya prezidentindən Operativ Qərargaha sərt sözlər

Assosiasiya prezidentindən Operativ Qərargaha sərt sözlər

“Operativ Qərargahda çalışanlar arasında idman aləmindən xəbəri olan bir nəfər belə yoxdur. Ordakılar idman dedikdə yalnız şüurlarına trenajor zalları gəlir və ona da orta biznes qurumu kimi baxırlar. Bu “məsul” şəxslərin anlayışı yoxdur ki, biz biznes qurumu deyilik, ölkənin idman mənafeyini sağlamlığımız, həyatımız hesabına qoruyan vətəndaşlarının ictimai birliyiyik…”. 
Bu sözləri Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti, Əməkdar idman xadimi Azər Həsənsoy Operativ Qərargahın müraciətlərinə göstərdiyi münasibət barədə deyib.
Assosiasiya prezidentinin sözlərinə görə, Operativ Qərargaha etdikləri müraciətə Orta və Kiçik Biznesin İnkişafı Agentliyi cavab verib: “Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və onun üzvü olan 12 federasiya, gənclər təşkilatı adından idman zallarının açılmasının vacib olmasını əsaslandırılmış  məzmunda Operativ Qərargaha müraciət yollamışdıq. Operativ Qərargah məktubu Orta və Kiçik Biznesin İnkişafı Agentliyinə yollayıb və ordan bizim emailə gülünc – şablon bir cavab gəlib: “…görülən tədbirlər insanların sağlamlığı üçündür və müvəqqəti xarakter daşıyır….”   
Burdan belə nəticəyə gəldim ki, Operativ Qərargahda çalışanlar arasında idman aləmindən xəbəri olan bir nəfər belə yoxdur. Ordakılar idman dedikdə yalnız şüurlarına trenajor zalları gəlir və ona da orta biznes qurumu kimi baxırlar. Bu “məsul” şəxslərin anlayışı yoxdur ki, biz biznes qurumu deyilik, ölkənin idman mənafeyini sağlamlığımız, həyatımız hesabına qoruyan vətəndaşlarının ictimai birliyiyik. Yazmışdıq ki, ən azından yığma komamdaların məşqlərini başlamalıyıq, bu il ölkəmizi dəvət olunduğumuz yarışlarda layiqlə təmsil edək, gedib biabırçı məğlubiyyətlərlə üzləşməyək. Bu ölkənin idman mənafeyi digər mənafelərdən bəzi hallarda hətta üstündür. 
Operativ Qərargahdan bir daha xahiş edirik ki, bu problemi gələn həftə ərzində həll etsin. Pandemiya ilə bağlı bütün qaydalara əməl edilməsi şərtilə məşqlərə başlamağın variantlarını istədiyiniz vaxt izah etməyə hazırıq”. 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …