Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Ağır Atletika üzrə Azərbaycan Kubokunun növbəti qalibləri müəyyənləşdi

Ağır Atletika üzrə Azərbaycan Kubokunun növbəti qalibləri müəyyənləşdi

9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ilk yarış gününə yekun vurulub.

Bu barədə Ağır Atletika Federasiyasından məlumat verilib.

Bildirilib ki, körpücük üzərinə son olaraq çəkisi 67 və 73 kq-a qədər olan atletlər çıxıblar. Çəkisi 67 kq-a qədər olan atletlər mübarizə maraqlı alınıb. Toplam 260 kq (118+142) nəticə göstərən Elməddin Hüseynov kubokun qalibi adına layiq görülüb. Onun ən yaxın izləyicisi Ömər Cavadov toplam 252 kq (117+135) nəticə ilə gümüş medala, toplam 243 kq (108+135) nəticə ilə isə Fuad Həsənov bürünc medala sahib çıxıb.

73 kq çəki dərəcəsində isə toplam 283 kq (122+161) nəticə göstərən Elşad Şərifov Azərbaycan Kubokunun sahibi adını qazanıb. Gümüş medalı yetərincə yaxşı nəticə – 273 kq (120+153) göstərən gənc Rüstəm Qasımov əldə edib. Bürünc medal isə toplam 272 kq (124+148) nəticə göstərən Paşa İbrahimliyə qismət olub.

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

67 kq

NAdıİlŞəhərKlubÇəkiBirdənTəkanlaToplam
1.Hüseynov Elməddin2001ŞamaxıZirvə-Aviator67.0118142260
2.Cavadov Ömər2002XırdalanZirvə-Aviator66.5117135252
3.Həsənov Fuad2003LənkəranUGİM-Aviator65.1108135243
4.Sahibov Sənan2004QobustanZirvə65.191120211
5.Nəbiyev Kamil2003BakıSpartak66.295115210

73 kq

NAdıİlŞəhərKlubÇəkiBirdənTəkanlaToplam
1.Şərifov Elşad1997ŞamaxıZirvə73.0122161283
2.Qasimov Rüstəm2002LənkəranTəhsil-Aviator69.2120153273
3.Paşa İbrahimli1995LənkəranZirvə-Aviator70.2124148272
4.Əskərzadə Samir2002NeftçalaZirvə72.8120145265
5.Əliyev Murad2003SumqayıtZirvə-Aviator68.9119136255
6.Şərifov Elşən1996ŞamaxıZirvə72.3111135246
7.Muxtarlı Novruz2002SumqayıtTəhsil69.0100120220
8.Babayev Səxavət1997ŞamaxıZirvə73.190115205

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …