Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / AFFA stadionu necə dolduracaq?

AFFA stadionu necə dolduracaq?

Bu gün millimiz “Bakcell Arena”da Macarıstanla qarşılaşacaq.

Azinforum.az Sport7.az-a istinadənxəbər verir ki, millinin oyununa  maraq heç də yüksək deyil. Bilet satışı ləng gedir.
AFFA-nın fan-klublara pulsuz bilet paylaması belə problemi həll etmir. Son illərdəki uğur nəticələr, U-21 millisinin Lixtenşteynə biabırçı məğlubiyyəti, oyunun əlverişsiz məkanda keçirilməsi tribunaların boş qalmasını qaçılmaz edir.
Bu vəziyyətlə üzləşməmək üçün Neft Şirkətində çalışanlara da xeyli bilet paylanılıb. Əldə etdiyimiz məlumata görə AFFA tribunaları doldurmaq üçün bütün resursları işə salıb. Təlaş heç də səbəbsiz deyil. Lixtenşteynlə oyun AFFA rəsmilərinin gözünü qorxudub. Daha bir biabırçı məğlubiyyət Azərbaycan futbolunda təlatümlərə səbəb olacaq.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …